Çox kiçik olduğumuzu anlamalısınız
Bəzən insanın içərisində həmişə axtardığımız, amma cavabının olmadığı və tapılmasının da mümkünsüz olduğu suallar var. Həyata niyə gəldiyimiz, hardan gəlib hara getdiyimiz, ölümdən sonrakı həyat və s. kimi suallar bizi daim düşündürür və həyəcanda saxlamağı bacarır. Bizi daima düşündürən məsələlərdən biri də, ucsuz-bucaqsız kainatda bizdən başqa sivilizasiyaların olub-olmaması, Yerdən başqa yaşam mənbəyin varlılığıdır. Təəssüf ki, qalaktika və kainat barədə biliklərimizin kasadlı olması, bizim bu barədə sadəcə nəzəriyyələr irəli sürməyimizə imkan verir. Amma bu sahədə aparılan ciddi elmi araşdırmalar, hər il NASA`nın bu elmi tədqiqatlara xərclədiyi milyardlar tam olmasa da bizə qalaktika və ulduzlar sistemi, o cümlədən də kainat barədə müəyyən təsəvvürlər yaratmağa imkan verir. Əvvəlcə onu deyim ki, kainatda təxminən 400 milyarddan çox qalaktikalar var və hər qalaktikada 100 milyarddan çox ulduz və planetlər mövcuddur. Demək, kainatda tək oldumuzu...