Çox kiçik olduğumuzu anlamalısınız


  Bəzən insanın içərisində həmişə axtardığımız, amma cavabının olmadığı və tapılmasının da mümkünsüz olduğu suallar var. Həyata niyə gəldiyimiz, hardan gəlib hara getdiyimiz, ölümdən sonrakı həyat və s. kimi suallar bizi daim düşündürür və həyəcanda saxlamağı bacarır. Bizi daima düşündürən məsələlərdən biri də, ucsuz-bucaqsız kainatda bizdən başqa sivilizasiyaların olub-olmaması, Yerdən başqa yaşam mənbəyin varlılığıdır.

 Təəssüf ki, qalaktika və kainat barədə biliklərimizin kasadlı olması, bizim bu barədə sadəcə nəzəriyyələr irəli sürməyimizə imkan verir. Amma bu sahədə aparılan ciddi elmi araşdırmalar, hər il NASA`nın bu elmi tədqiqatlara xərclədiyi milyardlar tam olmasa da bizə qalaktika və ulduzlar sistemi, o cümlədən də kainat barədə müəyyən təsəvvürlər yaratmağa imkan verir.

   Əvvəlcə onu deyim ki, kainatda təxminən 400 milyarddan çox qalaktikalar var və hər qalaktikada 100 milyarddan çox ulduz və planetlər mövcuddur. Demək, kainatda tək oldumuzu söyləmək hələ tezdir və məntiqlə düşünsək 100 milyardlarla planet içərisində yalnız bizim planetdə həyat və yaşayışın olması gülüncdür. Bəs nəyə görə suallarımız çoxunun cavabı yoxdur, nəyə görə illərlə davam edən təcrübə və tədqiqatlara baxmayaraq ortada kankret faktlar və nəticələr yoxdur?  Əsas səbəblərdən biri kainatın ağlınıza gətirə bilməyəcək qədər geniş, öyrənilməsinin də çox çətin olmasıdır.


Kainatda hər biri kiçik nöqtə kimi görünən qalaktikalar

Bizim yaşadığımız Süd Yolu qalaktikası ilə digər qalaktikaların müqayisəsi

Və Süd yolu qalaktikasında yerləşən 100 milyradlarla ulduz və planetlər


    Təsəvvür edin, kəşf etdiyimiz və içərisində yaşayış ola biləcəyini təxmin etdiyimiz planetlər bizdən milyard, trilyon, hətta trilyardlarla kilometr uzaqdə yerləşir və həmin planetlərə getməyə nəinki 1, heç 10-15 insan ömrü belə yetmir. İnsan olaraq yalnız Ay`a ayaq basa bilmişik. Bu barədə hədsiz çox işlər görülür, amma gördüyümüz işin böyüklüyü bizi kiçildərək görülməli hələ çox iş olduğuna işarə edir.
     
    Sadəcə bu kainatda çox kiçik olduğumuzu anlamalısınız. Maraq üçün deyə bilərəm ki, bizə məlum olan ən böyük ulduz, günəşdən 5 milyard dəfə böyükdür. Biz gözlə görünməyən çox kiçik cisimləri mikroskop altında nece görürüksə, özümüz də ucsuz kainatda eynən bücür görünürük. Təsəvvür edin planetimiz qalaktimızda, ucsuz-bucaqsız səhrada bir toz dənəciyi kimi görünürük.
Bu düşüncələr qorxuducudur və bunlar haqqda düşünəndə insanda qəribə bir həyəcan baş qaldırır. Sadəcə onu deyə bilərəm ki, bu dünyadaki bütün ölkələr, millətlər, sivilizasiyalar, bütün dinlər, ideologiyalar, sevgilər, arzular, xəyallar, siyasi baxışlar, prezidentlər, uşaqlar, varlılar, kasıblar, dinazavrlar, nəsli kəsilmiş bütün canlılar, hazırda yaşayan canlılar, problemlər, günboyu ağlımızdan keçirdiyimiz dərdlər, bütün düşüncələr, hamısı ucu bucağı olmayan bir kainatda, toz dənəciyindən asılı vəziyyətdə mövcuddur.
    Kainat haqqında nə bilirik ki? Təəssüf ki, önümüzdəki illərdə də çox az şey biləcəyik. Buna baxmayaraq mənim içimdə bir inam hissi var. Təbii, yaxın bir neçə ildə növümüzün köçə biləcəyi bir yer yoxdu, amma bir gün bu məqsədə mütləq çatacayıq. Bəlkə də bunu görmək bizə qismət olmayacaq, bəlkə da yaxın yüzillikdə bu baş verməyəcək. Amma gələcək illərdə olacağına əminəm. Ona görə də nə qədər ki, bu planetdə yaşayırıq, gəlin onu qoruyaq və sevək. Bura bizim yaşadığımız yer və evimizdir.

Comments

Popular posts from this blog

Məmməd Araz - Müharibə Olmasa

Hər ölüm bədbəxtlik gətirmir

Əvvəllər mütləq eşitdiyiniz və sizə uşaqlığınızı xatırladacaq retro mahnılar