Afro-amerikalıların yaratdığı musiqi növü - Jazz



 XIX əsrin sonlarında ilk dəfə ABŞ`ın Missuri ştatının barlarında yeni musiqi növü səslənməyə başladı. Avropa musiqilərini, Şopen və List kimi bəstəkarların əsəsrlərini, o zaman Avropada geniş yayılmış məşhur Çex  "Polka" rəqsi və s. kimi musiqilərin sintezini yaradan zəncilər reqtaym adlanan musiqi növü yaratdılar və bununla da müasir cazın əsası qoyuldu. Lakin caz, sözün həqiqi mənasında XX  əsrin əvvəlində Nyu-Orlean şəhərində yaranmışdır. Çoxmillətli liman şəhəri olan Nyu-Orleanda hər cür musiqi — həm reqtaym, həm ispan və fransız musiqisi səsləndiyindən, bu musiqi növlərinin sintezi nəticəsində muasir caz musiqi növü yarandı. 

  Yalnız zənci barlarında və zəncilər tərəfindən ifa olunan  bu musiqi çox keçmədən ağdərililər tərəfindən də sevilir. 20-ci illərin əvvəllərində ABŞ-ın qara əhalisinin cənubdan şimala köçməsi ilə əlaqədar görkəmli caz musiqiçiləri Nyu-Orleandan Çikaqoya gəlirlər. Çox keçmir ki, həmin şəhər dünyanın ən möhtəşəm caz mərkəzi kimi böyük şöhrət qazanır. 

  O illərin və bəlkə də bütövlükdə caz tarixinin ən görkəmli musiqiçisi zənci Lui Armstronqdur. Onun virtuoz truba çalmaq məharəti, eləcə də nadir, bənzərsiz səsi indiyədək hər kəsə stimul verir.

  30-cu illərin əvvəlində caz musiqisi Çiqaqodan New Yorka da yayılır, burada hətta yeni svinq üslubunun yaranmasına səbəb olur. 

  Burda isə sizin də bəyənəyinizdən əmin olduğum bir neçə caz musiqisi yerləşdirmişəm. Sevərək dinləyə bilərsiniz. Təşəkkürlər.


1. 7 yaşında gözlərini itirməsinə baxmayaraq, Caz sənətinə böyük töhfələr vermiş, möhtəşəm Rey Charles - hit the road Jack.






2. Görkəmli pianoçu Dave Brubeck - take five.





3. Louis Armstrong`u tanıtmağa ehtiyac yoxdur ama yenədə deyim- Cazın babasıdır)





4. Arethe Franklin - İ say a litle prayer





5. Dean Martin - papa loves mambo





6. Frank Sinatra - my way





7. Vaqif Mustafazadə - fantaziya


Comments

Popular posts from this blog

Məmməd Araz - Müharibə Olmasa

Hər ölüm bədbəxtlik gətirmir

Əvvəllər mütləq eşitdiyiniz və sizə uşaqlığınızı xatırladacaq retro mahnılar